Ekzema Niyə olur?
Ekzema (dermatit) ən çox yayılmış dəri xəstəliklərindən biridir amma eyni vaxtda da səbəbləri və tam müalicəsi ilə əlaqəli tibb dünyasının həmfikir ola bilmədiyi bir xəstəlikdir. Ekzema, dəri, bədən mənbəli vəya ətraf mühit faktorları ilə əlaqəli olaraq özünü müdafiə etməsi və iltihablı reaksiya verməsi nəticəsində ortaya çıxır. Dəridə qaşıntıya, tpküntüyə, qızarıqlığa və çata səbəb olan bir vəziyyətdir. Əsəb, allergiya, yağlı dəri, təmas ekzeması kimi fərqli növləri vardır. Ən çox yayılmış növü atopik dermatit olaraq da bilinən allergik ekzemadır və daha çox irsi olduğu düşünülür. Xəstələrdə əksər hallarda oxşar əlamətlərə rast gəlinir. Dəridə qabarma, qıcıqlanma və qaşıntı və çox rast gəlinən şikayətlərdir.
Bəzi ekzema növləri, misal üçün təmas ekzeması tək bir səbəbə görə ortaya çıxsa da, digər ekzema növləri bir çox faktorun birləşməsi ilə meydana gələ bilir. Uşaqlarda rast gəlinən ekzema öz-özlüyünə düzələ bilər amma böyüklərdə ekzemanın dəqiq müalicəsi yoxdur. Xəstəliyi qıcıqlandıran səbəblərdən uzaq durmaqla ekzema nəzarət altına alına bilər.
Dəri qıcıqlanması
Ekzema dərini qıcıqlandıran hər hansı bir şeyə görə əmələ gələ bilər. Misal üçün təmas ekzeması (kontakt dermatit) varsa dəri, sabun, yuyucu toz, şampun, xlor, dizinfeksiya maddələri və parfumeriya kimi mütəmadi olaraq təmas etdiyi maddələrlə qarşı vaxt keçdikcə daha həssas olur. Bəzən də bədən bir maddəyə mütamədi məruz qalmasa da, dərini qurudan və dərinin təbii yağını çəkən bu maddəyə qarşı reaksiya verir. Çox oxşasa da, bu ekzema allergik deyil, təmas ekzemasıdır. Dəridə qızarıqlığa, qurumağa, çata və qaşıntıya səbəb olur.
Allergiklər
Allergik ekzema misal üçün, zəhərli sarmaşıq kimi allergiklərə görə meydana çıxır. Nikel və oxşarı metallar, ekzemaya səbəb olan ellergiklərdəndir. Allergiklərdən meydana gələn ekzema əksərən uşaq yaşlarda görünür və bəzi adamlarda böyüyəndə də davam edir. Uşaqlarda qida allergiyası, süd, yumurta və fıstıq, həm uşaq, həm də böyüklərdə en tozu, pişik, it kimi ev heyvanları və bəzi bitkilərə qarşı ekzemaya səbəb olur. Allergik təmas ekzemaları ən çox nikel bəzək əşyaları, kosmetika, saç boyası ya da parfümeriyada olan maddələr, kauçuk və sement, həlledici məhlul, yapışqan kimi inşaat materiallarına görə meydana çıxır.
Hava şəraiti
Ekzemanı qıcıqlandıran ətraf mühit faktorlarından biri də iqlimdir. Havanın soyuq və nəm faizinin aşağı olduğu qış aylarında ekzema şikayətləri çoxalır. Fəsil keçişləri, soyuq hava ya da nəm faizi ekzemanı artırır, amma hava şəraiti bünövrədəki əsas səbəb deyil.
Genetik Faktorlar
Allergik ekzema kimi , ekzemanın bəzi növləri ailədə (ana, ata, ya da ikisində birdən) var isə uşaqlarında da ekzemanın meydana gəlməsində bu genlərin rolu 60-80 faizdir. Bədən genetik olaraq meyilli olduğu vaxt ətraf mühit faktorlarının da rolu ilə xəstəlik meydana gələr. Amma ekzema ancaq gendən asılı deyil. Ekzemanın inkişafında immun sisteminin rolu və immun sisteminə təsir edən bir çox gen də rol oynayır.
İmmun Sistemi
Bədənin immun sistemi ekzemanın meydana gəlməsində və daha sonra təkrarlanmasında böyük rol oynayır. Ekzemanın en çox yayılmış forması olan atopik dermatitdən (allergik ekzema) əziyyət çəkən insanlarda allergiyaya reaksiya verən bədəndəki “sitokin” miqdarı çoxdur. Sitokinlər immun sistemi hüceyrələri tərəfindən ifraz edilən proteinlərdir. Allergiyaya reaksiya göstərən sitokin miqdarı çox olan insanlarda infeksiya halı olmasa da dəridə iltihablanma olur.
Stress
Stressli və nigaran vəziyyət, təəssüf ki, ancaq ruh vəya hissiyat olaraq qalmır, fiziki olaraq da bir çox şikayətin meydana gəlməsinə səbəb olur. Bunlardan biri də “stress ekzemasıdır”. Beynimiz stress və qorxunun nədən qaynaqlandığını ayırd edə bilmir. İş yerində mütəmadi problemləri olan bir nəfər ilə, meşədə vəhşi heyvanla üz-üzə gələn adam arasında, beynə görə, fərq yoxdur. Hər iki halda da bədən təhlükə ilə üzləşdiyini düşünərək reaksiya göstərir. Amma bədən, bütün günü stressli olmağa öyrəncəkli deyil. Buna görə də mütəmadi olaraq stressli olmaq bədənə yük olur və bədəndə stressin səbəb olduğu şeyləri görməyə başlayırıq.