İxtiyoz Xəstəliyi

Keratinləşmə, altdakı epidermik hüceyrələrin ən üstdəki stratum korneumun baryer olmasına səbəb olan sərt cə qalxana oxşar korneositlərə çevrilməsidir.

Pullanma, keratinləşmənin axırıncı mərhələsi olan korneositlərin dəridən ayrılmasında görünən uğursuzluğun nəticəsidir. Beləliklə də pullanma çölə tökülə bilməyən korneositlərin yığılmasının nəticəsi olaraq görünür. Kongenital və sonradan qazanılmış olan hər hansı bir keratinləşmə problemi əmələ gələ bilər.

Pullanma müəyyən dərəcədə fiziki və psixolojik problemlər yarada bilər. Kseroderma sadəcə quru dəri olaraq bilinir və sözün həqiqi mənasında dərinin pullanmasıdır. Keratinləşmə probleminə səbəb olan xəstəliklərin nəticəsində əmələ gəlir. Kseroderma yaşlılıq və atopik ekzemada çoxdur və nəmin az olduğu qış günlərində daha da pisləşir.

Kseroderma müalicəsi, nəmləndiricilər və nəmləndirici təmizləyicilərin çox istifadə ilə vanna əvəzi duşdan istifadə etməkdən keçir.

Otozomal domaimant ixtiyoz, bədənin ekstensor tərəflərində daha pis görünüşlü nazik və yayılmış pullanma ilə xarakteristikdir. Keratozis pilaris də görülə bilər və bu xəstəlikdə qıl follikul kanallarında keratin tıxacları vardır. Sıxlığı 0.2 faizdir və buyokimyəvi səbəbi dəqiq bilinmir. Nəmləndiricilər və lazım olasa keratolitik maddələr bəzən faydalı ola bilər.

X-lə əlaqəli ixtiyozdakı pullanma daha aşkardır. Yoluxan oğlan uşaqları əksər hallarda postmaturdur və çətin doğumla anadan olmuşdur. Metabolizmik nasazlıq əsas olmaqla, fibroblast, epidermik və lenfosit hissələrdə aşkar edilə bilən steroid sulfataz azlığından asılıdır. Qadınlar daşıyıcıdır çünki X-lə əlaqəli resesif keçişlidir və yayılma əmsalı 6000-d
Birdir.
Bulluoz olmayan ixtiyozvari eritroderma nadir görünür. Otozomal resesif keçişlər olur və yayılmış eritema və nazik pullanma ilə xarakteristikdir. Oral asidlərin ciddi yan təsirləri olsa da bəzi xəstələrə köməklik edə bilər.

Nadir olan bulluoz ixtiyozvari eritodermada (epidermolitik hiperkeratoz olaraq da adlandırılır) yayılmış eritema, qatlaqlı hiperkeratoza meyillidir. Üst epidermisdə xarakteristik retikular degenerativ dəyişikliklər vardır. Nasazlıq otozomal dominant keçişlə yaşanır və məlum keratin gen mutasiyaları da vardır. Oral retinoidlər görüntünü düzəldir amma eyni vaxtda da vezikulları artıra bilər.

Lameller ixtiyoz, ağır hiperkeratoz və pullanma ilə olan nadir otozomal resesif xəstəlikdir.

Bulloz olmayan ixtiyozvari eritoderma, epidermolitik hiperkeratoz və lameller ixtiyozlu xəstələt kollodion təbəqə ilə doğula bilərlər. Bu parlaq və şəffaf membran bir həftə sonra soyulur. Nadirən normal uşaqlarda da ola bilər. Dərinin baryer funksiyası işləmədiyindən bir növ buna ehtiyacları var.
Akkiz ixtiyoz, lenfoma, human immun çatışmamazlıq virusu (HİV) xəstəliyi, lepra, esassik yağ asidi çatışmamazlığı və bəzi lipit azaldıcı dərmanlardan istifadə edildiyində meydana çıxa bilər.